Sürücünün öldüyü qəza ilə bağlı rəsmi açıqlama

Sürücünün öldüyü qəza ilə bağlı rəsmi açıqlama
  08 Sentyabr 2014    Oxunub:1430
Fövqəladə Hallar Nazirliyi baş vermiş yol qəza hadisəsi ilə bağlı məlumat yayıb.
AzVison.az-a qurumdan daxil olan məlumatda bildirilir ki, Ağcabədi şəhərində vətəndaşlara məxsus “Kamaz” markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı minik avtomobilinin sürücüsü vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 10:45-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti