ASAN-ın təlim sistemi beynəlxalq konfransda təqdim olundu
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti, Azərbaycan Respub¬likasının Prezidenti yanında Vətən¬daş¬lara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agent¬li¬yinin Təlim sektorunun müdiri Nazənin Hüseynova konfransda “Səmərəli təlim sistemi Azərbaycanın idarəetmə brendi “ASAN xidmət”-in prinsiplərindən biridir” adlı məruzə ilə çıxış edib.
Konfransda dövlət başçısı İlham Əliyevin digər sahələrlə yanaşı kadr potensialının inkişafına verdiyi xüsusi önəm diqqətə çatdırılaraq, insan resurslarının for¬malaşdırılması üçün aparılan islahatlardan, respublikamızda gedən sürətli sosial-iqtisadi inkişafın nəticəsində dövlət idarəetməsinin, idarəetmə münasibətlərinin, həmçinin, vətəndaşla vəzifəli şəxslər arasındakı münasibətlərin modernləşməsi sahəsində kompleks islahatlardan bəhs olunub.
Müvafiq olaraq dövlət idarəet¬məsinin modernizasiyası, şəffaflığın artırılması və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində mühüm tədbirlərdən bi¬ri kimi Azərbaycan Respub¬likasının Prezidenti yanında Vətən¬daş¬lara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agent¬li¬yinin yaradılması xüsusi olaraq diqqətə çatdırılmışdır. Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin təlim sistemini xüsusi vurğulayan Nazənin Hüseynova bu sistemin mahiyyəti, strukturu, strategiyası və prinsipləri barədə iştirakçılara ətraflı məlumat verib.
Qeyd olunub ki, müasir təlim standartlarına və infrastruktura malik olan, əhatəli, səmərəli, çevik və innovativ təlim sistemini yaratmaq, peşəkar, milli-mənəvi və korporativ dəyərlərə sadiq, yaradıcı düşüncəyə sahib kadr potensialını formalaşdırmaq “ASAN xidmət” modelinin təlim strategiyasının əsas məqsədidir.
Teqlər: