Prezident Siyəzənə 3 milyon ayırdı

Prezident Siyəzənə 3 milyon ayırdı
  09 Sentyabr 2014    Oxunub:1652
Prezident İlham Əliyev Siyəzən rayonunun Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndəhar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, ölkə başçısının sərəncamına əsasən, İyirmi səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndəhar avtomobil yolunun tikintisi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Siyəzən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti