Nazir müavini partlayışın səbəbini AÇIQLADI

Nazir müavini partlayışın səbəbini AÇIQLADI
  09 Sentyabr 2014    Oxunub:1730
Xırdalanda köçkünlərin yaşadığı binada baş vermiş partlayış nəticəsində dağıntılar altında qalanların xilas edilməsi işləri 11 saatdır davam edir.
Bu barədə jurnalistlərə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bildirib.

E.Mirzəyev qeyd edib ki, dağıntılar altından 2 kişi, 3 qadın və 6 uşaq olmaq 11 nəfər çıxarılıb: "Onlardan 1 kişi və 1 qadın dünyasını dəyişib. Hazırda bir uşağın axtarışı davam edir".

Nazir müavini qeyd edib ki, ilkin ehtimala görə, partlayış 2-ci mərtəbədə qaz sızmasından baş verib.

AzVision.a


Teqlər:  





Xəbər lenti