Qubad İbadoğlu: “Geri çəkilməyəcəm”

Qubad İbadoğlu: “Geri çəkilməyəcəm”
  09 Sentyabr 2014    Oxunub:1825
“Müsavat başqanlığına namizəd olmaqla bağlı fikrim dəyişməyib. Mübarizəni sonadək aparacağam”.
Bunu AzVision.az-a Müsavat Partiyasının Divan üzvü Qubad İbadoğlu bildirib.

Başqanlığa iddialı olduğunu deyən Q.İbadoğlu yaxın günlərdə namizədliyini rəsmi olaraq qeydiyyatdan keçirəcəyini deyib:

“İddiaçı kimi görüşlərə də başlamışam. Namizədliyimin rəsmi olaraq qeydiyyata alınması texniki prosedur məsələsidir və bu həftə ərzində həll edəcəm. Təbliğat-təşviqata gəlincə isə artıq bu proses başlayıb. Bakıda və regionlarda görüşlərim davam edir. Namizəd olmaqla bağlı fikrim dəyişməyib. Sonadək mübarizə aparacağam”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti