Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına məktəbdə görülən işlər barədə məlumat verib.
Qeyd edilib ki, 153 nömrəli tam orta məktəbin binası 4 mərtəbə, 3 korpusdan ibarətdir. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi qayğını və Prezident İlham Əliyevin paytaxtın Yasamal rayonundakı təhsil ocaqlarının müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində gördüyü işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Məktəbdə yenidənqurma işlərinə ötən ilin oktyabrında başlanılıb və yüksək səviyyədə həyata keçirilib. 80 sinif otağı, o cümlədən 6 fənn kabinetindən ibarət məktəb 1500 şagird yerlikdir. Hazırda burada 1 növbədə, rus və azərbaycan dillərində 700 şagird təhsil alır. Məktəbdə 2 idman zalı, akt zalı, kitabxana, kompyuter, əmək təlimi və tibb otaqları da yaradılıb. Yeni dərs ili ərəfəsində məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri əsaslı şəkildə təmir edilib, lazımi avadanlıq və ləvazimatla təchiz olunub. Məktəbdə ən müasir havalandırma və işıqlandırma sistemləri quraşdırılıb. Təhsil ocağının həyətində də abadlıq və quruculuq işləri görülüb.
Məktəblə tanışlıqdan sonra dövlətimizin başçısı pedaqoji kollektivlə xatirə şəkli çəkdirdi.
AzVision.az