Nazirliyin strukturunda dəyişiklik edildi

Onun sözlərinə görə, artıq yeni bir istiqamət üzrə bir şöbə yaradılıb: `Əvvələr mövcud olan Strateji planlaşdırma və elmi potensial şöbəsinin əsasında yaradılan Elektron idarəçiliyin inkişafı şöbəsi adlanan bu struktur vahidinin hələlik yeni Əsasnaməsi olmasa da güman ki, daha çox Elektron hökumət quruculuğu məsələləri ilə məşğul olacaq.
Hüquq və kadrlar şöbəsinin adı dəyişdirilərək Hüquq və insan resursları şöbəsi, Beynəlxalq əlaqələr və qeyri-hökumət qurumları ilə iş şöbəsinin də adı dəyişdirilərək Beynəlxalq əməkdaşlıq şöbəsi adlandırılıb.
Eyni zamanda Nazirliyin yeni strukturunda tam yeni olan Elm, texnologiya və innovativ inkişaf şöbəsi də nəzərdə tutulub.`
AzVision.az
Teqlər: