İlham Əliyev xanım naziri qəbul etdi

İlham Əliyev xanım naziri qəbul etdi
  09 Sentyabr 2014    Oxunub:1411
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri xanım Natalia Germanı qəbul edib.
Görüşdə Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu məmnunluqla qeyd edilib, ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda bir-birinə verdikləri dəstəyin önəmi vurğulanıb.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, kənd təsərrüfatı, infrastruktur layihələrinin həyata keçirilməsi və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti