Kartonun arasında telefon keçirmək istədi - Foto

Kartonun arasında telefon keçirmək istədi - Foto
  09 Sentyabr 2014    Oxunub:2282
Bakı İstintaq Təcridxanasına kartonun arasında telefon keçirmək cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xidmət əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasında saxlanılan Asif Hafiz oğlu Nadirova Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 1, mənzil 40 ünvanında yaşayan vətəndaş Rauf Nurəddin oğlu İbrahimovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı qara rəngli idman çantasının alt hissəsinin kartonuna kustar üsulla yerləşdirilmiş, daxilində danışıq kartı olmayan bir ədəd "Nokia" markalı mobil telefon aparatı və iki ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Qeyd edək ki, A.Nadirov Cinayət Məcəlləsinin 180.2.1; 180.2.3; 180.2.4 və 180.2.5-cü maddələrinə əsasən həbs edilib.
Fakt üzrə araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti