Azərbaycanda neçə ailənin əlil uşağı var - SİYAHI

Azərbaycanda neçə ailənin əlil uşağı var - SİYAHI
  10 Sentyabr 2014    Oxunub:1524
ƏƏSMN Bilik günü ərəfəsində sağlamlıq imkanları məhdud iki və daha artıq məktəbli üzvü olan ailələrə maddi yardım ayırıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 15 Sentyabr–Bilik günü ərəfəsində sağlamlıq imkanları məhdud iki və daha artıq məktəbli üzvü olan ailələrə maddi yardım ayırıb.

AzVision.az xəbər verir ki, ƏƏSMN-nin müvafiq Əmri ilə təsdiqlənmiş “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” çərçivəsində həyata keçirilən tədbir ümumilikdə 1535 ailə üzrə 3200 nəfər sağlamlıq imkanları məhdud məktəbli uşağı əhatə edir. Bununla əlaqədar ayrılmış vəsaitin aidiyyatı üzrə rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən qeyd olunan şəxslərin müavinət üzrə müvafiq bank hesablarına köçürülməsinə başlanıb.

Məlumat üçün bildirək ki, həmin ailələrdən 1411-i tərkibində 2 nəfər, 118-i tərkibində 3 nəfər, 6-ı isə tərkibində 4 nəfər sağlamlıq imkanları məhdud məktəbli uşaq olanlardır.


Teqlər:





Xəbər lenti