İlham Əliyevdən fərdi identifikasiya kartı ilə bağlı FƏRMAN

İlham Əliyevdən fərdi identifikasiya kartı ilə bağlı FƏRMAN
  10 Sentyabr 2014    Oxunub:2212
Prezident İlham Əliyev “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Qanununun tətbiqi barədə fərman verib.
AzVision.az xəbər verir ki, fərmanda deyilir ki, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə” təsdiq edilsin.

Eyni zamanda prezident Nazirlər Kabinetinə göstəriş verərək bildirib ki, hökumət15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının 2015-ci il dekabrın 1-dən verilməsini təmin etsin; 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının hazırlanması və müvafiq texniki vasitələrin alınması ilə bağlı maliyyələşdirmə məsələlərinin həlli məqsədi ilə zəruri tədbirlər görülməsini təmin etsin; həmin bəndlərinin icrasının gedişi barədə hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Daha sonra fərmanla əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyinə göstəriş verilib. Bildirilib ki, nazirlik 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının hazırlanması məqsədi ilə bu sahədə beynəlxalq təcrübəyə malik olan hüquqi şəxsin seçilməsini və onunla müvafiq müqavilənin imzalanmasını təmin etsin.

Fərman 2015-ci ilin dekabrın 1-dən qüvvəyə minir.

AzVision.az


Teqlər:





Xəbər lenti