“Qurultay Əmircanda keçiriləcək” – Müsavatdan açıqlama

“Qurultay Əmircanda keçiriləcək” – Müsavatdan açıqlama
  10 Sentyabr 2014    Oxunub:1767
“Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinin qurultayla bağlı qərarını müzakirə edəcək. Çox güman ki, qurultay Əmircan qəsəbəsindəki mədəniyyət evində keçiriləcək”.
Bunu AzVision.az-a açıqlamasında Müsavat başqanlığına namizəd Tural Abbaslı deyib.
O vurğulayıb ki, bu barədə qərar Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi üzvlərinin səsverməsi ilə müəyyən olunacaq:

“Düzdür, Müsavat partiyası qərar verib ki, sentyabrın 27-də qurultay keçirilsin. Amma mən fikimdə qalıram ki, qurultay üçün daha münasib yer ayrılsın. Nə Əmircan, nə də şəraiti uyğun olmayan yerə getməməliyik. Hər halda bu günkü analizlərdən belə nəticə çıxır ki, qurultay Əmircanda keçiriləcək”.

QHTK iclasının vaxtına gəlincə isə T.Abbaslı vurğulayıb ki, komitənin sədri İsa Qəmbərdir və vaxtı o müəyyən edir. Böyük ehtimalla bu həftə keçiriləcək.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti