AzVision.az xəbər verir ki, prezident məktəbdə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.
Dövlət başçısı məktəbin ayrı-ayrı sinif otaqlarını gəzib, yaradılan şəraitlə tanış olub.
Sonra İlham Əliyev 12 nömrəli tam orta məktəbə gəlib.
Bildirildi ki, 12 nömrəli tam orta məktəbin binası 1974-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə inşa edilib və onun iştirakı ilə istifadəyə verilib. Üç mərtəbədən ibarət məktəbdə 43 sinif otağı var. Məktəbdə 1200-ə yaxın şagird təhsil alır. Növbəti dərs ili üçün 240 şagird yerlik əlavə korpusun inşası nəzərdə tutulur.
Burada görülən təmir və yenidənqurma işləri ilə bağlı da dövlət başçısına məlumat verilib.
AzVision.az