İlham Əliyev nazirlərlə görüşdü

Xarici işlər naziri kimi Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Serbiyanın Baş nazirinin müavini və Xarici işlər naziri İvitsa Daçiç dost ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha yüksək səviyyəyə qaldırılması üçün qarşılıqlı istəyin olduğunu qeyd edib.
Nazir ölkəsinin Azərbaycan ilə əlaqələri siyasi və iqtisadi sahələrdəki kimi, mədəni, humanitar və digər sahələrdə də inkişaf etdirməkdə maraqlı olduğunu deyib.
Prezidenti İlham Əliyev həmçinin 1-ci Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX 2014” sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İsrailin müdafiə naziri Moşe Yaalonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli və hərbi-texniki əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.