Bakı Avtovağzalı tələbə axınına hazırdır?

Bakı Avtovağzalı tələbə axınına hazırdır?
  10 Sentyabr 2014    Oxunub:3201
Yeni dərs ilinin başlanması ilə əlaqədar rayonlardan Bakıya gələnlərin sayında artım müşahidə edilir. Paytaxta üz tutanlar arasında daha çox tələbələr çoxluq təşkil edir. Bu baxımdan bölgələrdə sərnişin sıxlığı yaşanır.
Bakı Beynəlxalq Avtovağzalın şöbə müdiri Mətləb Abidi AzVision.az-a açıqlamasında bildirib ki, yeni dərs ilinin başlanması ilə əlaqədar daha çox rayonlardan şəhərə axın artır.

Onun sözlərinə görə, hansı rayonda sərnişin axını daha çoxdursa, onlar müraciət edirlər və Bakı Beynəlxalq Avtovağzalından ora əlavə avtobuslar göndərilir.

“Hazırda elə bir sərnişin axını müşahidə olunmur”.

Belə günlərdə süni şəkildə qiymət artımının baş verməsinə gəlincə, şöbə müdiri bildirib ki, bayram günləri ilə əlaqədar Nazirlər Kabinetinin qərarı olur və avtovağzal rəhbərliyi də ona uyğun addımlar atır.

Mətləb Abidi həmçinin qeyd edib ki, Qurban bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejiminə keçəcək.

“Gələn ayın dörd və beşi Qurban bayramıdı. Həmin vaxt ayın birindən bir həftəlik əmr verəcəyik və gücləndirilmiş iş rejiminə keçəcəyik. Ümumiyyətlə bizdə daimi komissiya var. Onlar qiymət intizamına riayət edirlər. Həmçinin sərnişinlərə müraciət edirik ki, onlayn sistemdən istifadə etsinlər. 10 gün əvvəldən bilet satışı keçirilir. Evlərindən həmin sistemlə bilet ala bilərlər. İstəyənlər kassadan da bilet ala bilər”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti