Atambayev İlham Əliyevə salam göndərdi

Atambayev İlham Əliyevə salam göndərdi
  10 Sentyabr 2014    Oxunub:1626
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Qırğız Respublikası Baş nazirinin birinci müavini, Azərbaycan-Qırğızıstan hökumətlərarası iqtisadi-humanitar komissiyasının həmsədri Tayırbek Sarpaşevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Baş nazirin birinci müavini Tayırbek Sarpaşev Qırğızıstan Prezidenti Almazbekn salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin razılıq doğurduğu vurğulanıb, iqtisadi, ticarət, humanitar və digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsinin önəmi qeyd olunub, Qırğızıstan Baş nazirinin birinci müavini, Azərbaycan-Qırğızıstan hökumətlərarası iqtisadi-humanitar komissiyasının həmsədri Tayırbek Sarpaşevin ölkəmizə səfərinin bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Dövlətimizin başçısı Prezident Almazbek Atambayevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qırğızıstan dövlətinin başçısına çatdırmağı xahiş edib.


Teqlər:  





Xəbər lenti