DİN müsabiqə elan etdi

DİN müsabiqə elan etdi
  10 Sentyabr 2014    Oxunub:1831
Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri üzrə vakant sıravi və kiçik rəis heyəti vəzifəsinə xidmətə qəbulla bağlı müsabiqə elan edir.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, DİN Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan orqan və hissələrdə vakant olan 95 sıravi və kiçik rəis heyəti vəzifəsinə xidmətə qəbulla bağlı müsabiqədə iştirak etmək üçün "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnaməyə uyğun olaraq yaşı 20 ilə 30 arasında, boyu 180 santimetrdən (qadınlar 170 santimetrdən) hündür, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş (kişilər üçün), əvvəllər məhkum olunmamış, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşayış yeri üzrə Bakı şəhərində qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarını dəvət edir.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, xarici dil bilən namizədlərə üstünlük veriləcək.

Xidmətə qəbul olunmaq istəyən şəxslər 2014-cü il oktyabrın 10-dək, iş günləri saat 10:00-dan 17:00-dək Bakı şəhəri, Azərbaycan prospekti, 5, Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə ərizə ilə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- təhsil haqqında sənədin əsli;
- hərbi bilet (kişilər üçün);
- əmək kitabçası (olanlar üçün).


Teqlər:





Xəbər lenti