Zakir Həsənov yəhudi nazirlə görüşdü

Zakir Həsənov yəhudi nazirlə görüşdü
  10 Sentyabr 2014    Oxunub:1263
Azərbaycan Respublikasının Müdafiə naziri İsrailin Müdafiə nazirini qəbul edib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, sentyabrın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İsrail Dövlətinin Müdafiə naziri cənab Moşe Yaalonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Rafael Harpaz da iştirak edib.


Teqlər:





Xəbər lenti