Milli Məclis Yunanıstan parlamentinə etiraz edə bilər

Milli Məclis Yunanıstan parlamentinə etiraz edə bilər
  10 Sentyabr 2014    Oxunub:1177
Milli Məclisin Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə Yunanıstan parlamentinin qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsi məsələsinə münasibət bildirib.
AzVision.az xəbər verir ki, deputat publika.az-a açıqlamasında deyib ki, Yunanıstan parlamentinin qəbul etdiyi bu qanun geri qaytarılacaq: "Bu qanun heç zaman işləyə bilməz. Vaxtilə Fransa kimi böyük bir dövlətdə bu qanun qəbul edilsə də, nəticəsiz oldu. Çox təəssüf ki, Yunanıstan Türkiyə ilə münasibətləri tənzimlədiyi və Azərbaycan ilə dostluq əlaqələri olduğu bir dövrdə, belə bir qanunun qəbulunda maraqlı olub. Hesab edirəm ki, Azərbaycan vaxtilə Fransa parlamentinin qondarma erməni soyqırımı ilə bağlı olduğu kimi, bu dəfə də qardaş Türkiyənin yanında olacaq. Azərbaycan dövləti, xalqı və parlamenti də Türkiyənin yanında olacaq. Düşünürəm ki, Yunanıstan parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi bu qərar Türkiyə ilə münasibətlərin korlanmasına gətirə bilər. Bu cür hərəkətlər isə mənasız və yersizdir. Yəqin ki, Milli Məclisin payız sessiyası başlayan zaman biz bu məsələyə öz münasibətimizi bildirəcəyik. Eyni zamanda Azərbaycan dövlətinin ayrı-ayrı şəxsləri də bu məsələ ilə bağlı öz mövqelərini bəyan edəcəklər. Biz hər zaman olduğu kimi, bu dəfə də Türkiyənin yanında olacağıq".

Xatırladaq ki, Yunanıstan parlamenti "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Daha əvvəl müzakirəsi bir neçə dəfə təxirə salınan layihə 54 lehinə, 42 əleyhinə və 3 bitərəf səslə qəbul olunub.

Layihənin ilk şəklində yer verilən ümumi ifadələr yenidən gözdən keçirilib və qeyd edilib ki, burda söhbət ponti yunanları və ermənilərdən gedir.


Teqlər:





Xəbər lenti