İtkin düşən ana və qızı tapıldı - Foto

Anasının dediyinə görə, qızı nəvəsilə birgə itkin duşdükdən sonra onun telefonuna mesaj yazıb. Qızı onlardan narahat olmamalarını, hardasa işləyərək arzusuna çatdığını və yeri haqqında məlumat verməyin mümkün olmadığını anasına bildirmişdi.
Bundan sonra isə anasının dediyinə görə, onunla əlaqə tamamilə kəsilmişdi. Lakin bu gün azyaşlı qızı ilə bir ay əvvəl yoxa çıxan Ruqiyyət Quliyeva tapılıb.
Rayon polis şöbəsindən isə itkin gəlinin tapıldığını təsdiq etsələr də, hələlik bu olayla bağlı da heç bir açıqlama vermirlər.
AzVision.az