Mingəçevirə pul ayrıldı - 6 milyon

Mingəçevirə pul ayrıldı - 6 milyon
  11 Sentyabr 2014    Oxunub:1457
Prezident İlham Əliyev Mingəçevir şəhərinin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, ölkə başçısının sərəncamına əsasən, Mingəçevir şəhərinin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün Kür çayının üzərində inşa edilmiş ümumi uzunluğu 190 metr olan körpünün əsaslı təmiri məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə 1,0 (bir) milyon manat ayrılıb.

Prezident həmçinin Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam verib.

Sərəncama müvafiq olaraq, Mingəçevir şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən on min nəfərdən çox əhalinin yaşadığı “Günəşli”, “Bağlar” yaşayış massivlərini şəhərin mərkəzi ilə birləşdirən ümumi uzunluğu 10 kilometr olan dairəvi avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mingəçevir Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti