Tənha ana yardım istəyir
- Ailəmizin dağılması ilə yanaşı uşağımın da xəstə olması mənim dərdimi daha da artırıb. İynə-dərman, gündəlik təlabatımıza demək olar ki, gücümüz çatmır. Vəziyyətin ağır olduğunu görüb aliment üçün məhkəməyə müraciət etdim. Məhkəmə keçmiş həyat yoldaşıma ayda 50 manat aliment ödəməsi barədə qərar çıxardı. Hazırda aylıq gəlirim məhz həmin 50 manatdan ibarətdir.
Vüsalə xanım onu da qeyd etdi ki, mövcud vəziyyətinə görə sosial yardım almaq hüququ olsa da, ona bu yardım ayrılmır. Səbəbi isə hər hansı bir formada izah edilmir: “Hazırda valideynlərimin mənə verdiyi balaca daxmada şəraitsiz vəziyyətdə yaşamaq çox çətindir. Nəzərə alsaq ki, 3 yaşlı xəstə körpədə bu vəziyyətdə yaşayır“.
Ümidini Allaha bağlayan “başsız ana” övladının sağalması və sosial rifahının yaxşılaşdırılması üçün dövlətdən və imkanlı insanlardan yardım istəyir. Əlaqə telefonu: 0706146105
Teqlər: