Kəmaləddin Heydərov görüş keçirdi

Kəmaləddin Heydərov görüş keçirdi
  11 Sentyabr 2014    Oxunub:1549
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qırğız Respublikası Baş nazirinin birinci müavini, Azərbaycan-Qırğızıstan hökumətlərarası iqtisadi-humanitar komissiyasının həmsədri Tayırbek Sarpaşevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir Kəmaləddin Heydərov Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturları haqqında ətraflı məlumat vermiş, iki dost ölkə arasında müxtəlif sahələrdə, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə sıx əməkdaşlığın mövcud olduğunu deyib. O bildirib ki, Azərbaycan və Qırğızıstan fövqəladə hallar nazirliklərinin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bu əlaqələrin daha da möhkəmlənməsinə yeni töhfələr verir.

Qırğızıstan Respublikası Baş nazirinin birinci müavini dost və qardaş Azərbaycanın iqtisadi inkişafından məmnunluğunu ifadə edərək deyib ki, iqtisadiyyatın müxtəlif sahələrində, habelə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi rəsmi Bişkek üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan qarşılıqlı səfərlərin və birgə tədbirlərin həyata keçirilməsi istiqamətində səylər artırılacaqdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.a


Teqlər:





Xəbər lenti