Girovun qaytarılması niyə yubanır?

“Hal-hazırda Beynəlxalq Qızıl Xaç Komitəsi tərəflərlə danışıqlar aparır və bu danışıqların mövzusu ictimaiyyətə açıqlanmır. Ümumiyyətlə, girovun qaytarılması tərəflərin razılaşmasından sonra baş tutacaq”.
İlahə Hüseynova onu da əlavə edib ki, Cavid Məmmədovun qaytarıb-qaytarılmaması ilə bağlı məlumat danışıqlar bitdikdən sonra dərhal açıqlanacaq.
Qondarma “Dağlıq Qarabağ Respublikası” 15 yaşlı Azərbaycan vətəndaşını geri qaytarmağa hazır olduğunu açıqlayıb.
Separatçı rejim bunu Cenevrə Konvensiyasının tələblərinə uyğun qaydada həyata keçirmək istəyir.
Xatırladaq ki, erməni girovluğunda olan 15 yaşlı II qrup əlil Cavid Məmmədov Tərtər rayon Yol Polisi İdarəsi rəisi müavininin oğludur. Həmçinin Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova 15 yaşlı Cavid Məmmədovun məsələsiylə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Durana məktubla müraciət edib. Ombudsman beynəlxalq hüquq normalarına riayət etməklə, Azərbaycan vətəndaşı, 15 yaşlı Məmmədov Cavid Samir oğlunun təhlükəsizliyinin təmin edilməsini, işgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəzaya məruz qalmasının qarşısının alınmasını, habelə onun ailəsinə qaytarılmasının sürətləndirilməsinə köməklik göstərilməsini xahiş edib.
Mirvari Nəcəf
Teqlər: