İlham Əliyev baş nazirlə görüşdü

İlham Əliyev baş nazirlə görüşdü
  11 Sentyabr 2014    Oxunub:1312
Sentyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə Zaqulbadakı Prezident İqamətgahında təkbətək görüşü keçirilib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi.

Gürcüstanın Baş nazirinin bu səfərinin ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə töhfə verəcəyi qeyd edildi.

Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.

AzVision.az


Teqlər:  





Xəbər lenti