İraq səfiri rektorla görüşüb

Rektor Səməd Seyidov universitetdə aparılan islahatlar haqda danışdı. O, ADU-da 6000 tələbənin təhsil aldığını bildirdi. Yeni tədris ilində yeni dillərin tədrisinin nəzərdə tutulduğunu dedi, o cümlədən bu tədris ilindən universitetdə macar dilinin tədrisinə başlamasından söz açdı. ADU-nun tələbə yataqxanasının tam təmir edildiyini, universitetin İnformasiya Resurs Kompleksinin (İRK), İRK-nın Amerika mərkəzinin yenidən açılmasının nəzərdə tutulduğunu sözlərinə əlavə etdi. Eyni zamanda rektor, professor Səməd Seyidov Azərbaycandakı inkişaf haqda, iqtisadi yüksəliş barədə söz açdı, Bakıda müxtəlif beynəlxalq forumların keçirildiyini səfirin diqqətinə çatdırdı.
Səmimi qəbula görə təşəkkür edən İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak, öz növbəsində ADU-da olmaqdan məmnun olduğunu dedi.
Görüşdə Azərbaycan-İraq münasibətləri, həmçinin ikitərəfli əlaqələr və əməkdaşlığın inkişafı haqda fikir mübadiləsi aparıldı