Müsavat qurultay məsələsini yubadır?

Müsavat qurultay məsələsini yubadır?
  11 Sentyabr 2014    Oxunub:1313
“Müsavat Partiyasının qurultayının keçiriləcəyi məkan gələn həftə dəqiqləşə bilər”.
Bunu AzVision.az-a açıqlmasında Müsavat başqanının müavini Gülağa Aslanlı deyib. O vurğulayıb ki, bu məsələ partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsində müzakirə olunacaq: “Komitənin iclası gələn həftənin 1-ci günü olacaq. Ola bilsin ki, həmin iclasda qurultayın yeri ilə bağlı dəqiq qərar qəbul edildi”.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti ötən gün Müsavat partiyasının qurultay keçirmək üçün etdiyi müraciətə cavab verib və onlara Əmircan qəsəbəsindəki mədəniyyət evi tövsiyə edilib.

Məlumat üçün bildirək ki, partiuyanın qəbul etdiyi qərara görə, qurultay sentyabrın 27-də keçiriləcək.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti