Nardaran yas qadağasına məhəl qoymur? – AÇIQLAMA

Nardaran yas qadağasına məhəl qoymur? – AÇIQLAMA
  11 Sentyabr 2014    Oxunub:4403
“Nardarandakı yas mərasimlərinin hazırda necə olduğu barədə dəqiq məlumatım yoxdur, amma əvvəllər də Nardaranda heç vaxt dəbdəbəli yas mərasimi keçirilməyib”.
Bunu AzVision.az-a açıqlamasında Nardaranın deputatı Eldar Quliyev bildirib.

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun bu qəsəbədə yaslara heç bir müdaxilə olmaması ilə bağlı fikrinə münasibət bildirən millət vəkili qeyd edib ki, Nardaranda həmişə yas süfrəsində çay və xurma olub:

“Nardaranda toylarda da dəbdəbəyə rast gəlinmir”.

E.Quliyev onu da qeyd edib ki, yaslardakı dəbdəbəni bitirmək lazımdır: “Məsələn, hazırda Zabrat qəsəbəsində yalnız çay, şirniyyat, halva verilir. Elə adam var ki, imkanı yoxdur yas verməyə, məcbur qalıb borca düşür. Bir yandan əzizini itirib, bir yandanda borca düşüb ehsan verir”.

Qeyd edək ki, Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Turan İnformasiya Agentliyinə Azərbaycanda tətbiq edilən yas qadağasının bu kəndə şamil olunmadığını bildirib.

“Nardaran əhli dədə-babadan hüzr məclislərini necə təşkil edirdisə, indi də elədir. Ümumiyyətlə isə Nardaranda bütün məclislər həmişə sadə şəkildə olub, elə indi də elədir”.
O, yas məclislərinə müdaxilə edərək ərzağı, bişirilən yeməkləri müsadirə etmək kimi halları pisləyib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti