`Xalid Mədətov layiqli cəzasını aldı` - Xalq artisti
Xalq artisti Xalid Mədətova kəsilən cəzadan razı qaldığını bildirib.
“Cinayət törətmişdi cəzasını da aldı. Mən özüm məhkəmədə iştirak etmirdim, oğlum hamımızın adından iştirak edirdi. Sağ olsun məhkəmə, ona layiq olduğu cəzanı verdi”.
Qeyd edək ki, martın 15-i gecə saatlarında tanınmış tarzən Ağasəlim Abdullayev və ailə üzvləri Zığ yolu şosesində avtoqəzaya düşüblər. Hadisə zamanı A.Abdullayevin həyat yoldaşı Brilyant Abdullayeva və azyaşlı nəvəsi həlak olublar. Yol nəqliyyat hadisəsi "Mersedes-Benz G-55" markalı avtomobilin sürücüsü Xalid Mədətov günahı ucbatından baş verib.
Sürücü Xalid Mədətov barəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Xatırladaq ki, X. Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğludur.
Şəhanə Rəhimli
Teqlər: