Zəlimxan Yaqub: `İndi yaxşıyam, yeyib-içə bilirəm`
Şair bildirib ki, bir neçə aydan sonra yenidən müayinə üçün Almaniyaya geri qayıdacaq.
“25 gün Almaniyada böyrəyimə görə müalicə aldım. Bir neçə gün olar ki, vətənə dönmüşəm. Şükür Allaha, yeyib-içməyim, əhvalım yerindədir. Havalar da sərinləşib, özümü normal hiss edirəm. Yaxşıyam. Buna da şükür edirəm. Müayinə üçün bir neçə aydan sonra yenidən həmin ölkəyə qayıdacam. İnşallah nəticə yaxşı olar”.
Qeyd edək ki, Xalq şairi Zəlimxan Yaqub Almaniyada cərrahiyyə əməliyyatı olunub və hər iki böyrəyi çıxarılıb. Buna görə daima Almaniyada müalicə alır.
Şəhanə Rəhimli
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


