Baş nazir Bakıdan getdi

Baş nazir Bakıdan getdi
  12 Sentyabr 2014    Oxunub:1306
Sentyabrın 12-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini hava limanında Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər yola saldılar.

AzVision.az


Teqlər:





Xəbər lenti