Sabah güclü külək olacaq

Sabah güclü külək olacaq
  12 Sentyabr 2014    Oxunub:1396
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyinin güclənəcəyi ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 18-23, gündüz 26-31 dərəcə isti olacağı proqnozlaşdırılır.

Sentyabrın 13-də Azərbaycanın bölgələrində bəzi yerlərdə gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti