Qardaşları Arif Hacılı haqda danışmaq istəmədilər

Qardaşları Arif Hacılı haqda danışmaq istəmədilər
  12 Sentyabr 2014    Oxunub:1956
Müsavat Partiyasının başqanlığa ən iddialı namizədlərindən biri Arif Hacılıdır. Digər rəqiblərinə nisbətən onun şansları yüksək qiymətləndirilir.
Onu Müsavat Partiyasında dəstəkləyənlər kifayət qədərdir.

Maraqlıdır ki, qardaşı, həm də partiyadaşı olan Mustafa Hacıbəyli başqanlı seçimlərində ona dəstək verəcəkmi?

Müsavat partiyasının funksioneri Mustafa Hacıbəyli qardaşını başqanlığa namizəd olduğu üçün susmağa üstünlük verib.

“Müsavat Partiyası başqanlığına namizədlərdən biri qardaşım olduğuna görə bu barədə heç bir şərh vermək istəmirəm”.

Arif Hacılıya hər hansı dəstək verib-verməyəcəyinə gəlincə isə M.Hacıbəyli qeyd edib ki, ümumiyyətlə bu mövzuda heç bir şərh vermək istəmədiyin deyib.

Əhrər Partiyasının sədri Vaqif Hacıbəyli də qardaşı Arif Hacılı barədə danışmaq istəməyib. Səbəbini soruşduqda isə ümumiyyətlə Müsavatdakı seçimlərə münasibət bildirmək istəmədiyini bildirib.

Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 27-də baş tutacaq qurultayında yeni başqanı seçiləcək. Artıq Tural Abbaslı, Arif Hacılı, Qubad İbadoğlu və Səxavət Əlisoy başqanlıq iddialarını açıqlayıb və rəsmi olaraq namizədliklərini təsdiqlədib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti