ARDNŞ-dən “Qalatasaray” açıqlaması - Təkzib

ARDNŞ-dən “Qalatasaray” açıqlaması - Təkzib
  12 Sentyabr 2014    Oxunub:1612
Azərbaycan Resbulikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin “Qalatasaray” futbol klubuna sponsoruluq edəcəyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
AzVision.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib.

Qeyd edib ki, ARDNŞ “Qalatasaray”la sponsorluqla bağlı heç bir anlaşma imzalamayıb: “Bu məsələ gündəmimizdə yoxdur”.

Qeyd edək ki, Türkiyə mətbuatının iddiasına görə, “Qalatasaray” klubuna Azərbaycan Resbulikası Dövlət Neft Şirkəti sponsorluq edəcək. Hətta sosial şəbəkələrdə üzərində ARDNŞ-in loqosu olan formalar paylaşılıb.

Fatimə Kərimli
AzVision.az




Teqlər:





Xəbər lenti