Bakıda Televiziya Festivalı keçiriləcək

Bakıda Televiziya Festivalı keçiriləcək
  12 Sentyabr 2014    Oxunub:1340
Bu il sentyabrın 24-dən 27-dək Bakıda keçiriləcək “TEFİ-Sodrujestvo” IV Beynəlxalq Televiziya Festivalında MDB və yaxın xarici ölkələrin 11 aparıcı televiziya şirkəti iştirak edəcək. Builki festivalın mövzusu “Birlik ölkələri teleefirində ən yeni tarix”dir.
AzVision.az xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, telefestivalın təşkilatçıları “Rusiya Televiziya Akademiyası” və MDB ölkələri iştirakçılarının humanitar əməkdaşlığı üzrə Dövlətlərarası Fondları, Azərbaycan tərəfindən isə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dir.

“TEFİ-Sodrujestvo”nun təskilatçıları hesab edir ki, beynəlxalq tədbirin Bakıda keçırılməsi Azərbaycan Prezidenti Administrasiyasının önəmlı dəstəyi nəticəsində mümkün olub.

Azərbaycanın IV beynəlxalq telefestivala ev sahibi seçilməsi ölkəmizin dinamik inkişafı və tədbir təsis olunandan bəri Azərbaycan Televiziyasının orada fəal iştirakı ilə baglıdır.

İndəyədək Kiyev, Astana və Odessada keçirilmış festivalda AzTV-nin “Toğrul Nərimanbəyov”, “Əlvida və salam, Bakı!” sənədli filmləri, “1001 sual” intellektual verilişi “TEFİ” mükafatına layiq ğörülüb.

Builki festivalın proqramına tədbirin təntənəli açılışı və bağlanışı, ən yaxşı teleproqramların nümayişi, müasir televiziyanın aktual məsələləri üzrə "dəyirmi masa", ustad dərsləri, müzakirələr, mətbuat konfransı daxildir. Festivalın bütün tədbirləri MDB və yaxın xarici ölkələrdən gələn nümayəndə heyətlərinin iştirakı ilə keciriləcək.

Festivalın ekspert şurasında “Rossiya” telekanalının redaktoru və aparıcısı Andrey Maksimov, OAO “TV-Tsentr” telekanalının siyasi şərhçisi Leonid Mleçin, “Adamovo Yabloko” teleşirkətinin bədii rəhbəri Kiril Nabutov, Ali Jurnalistika Məktəbinin pedaqoqu, “Exo Moskvı” radiostansiyasının aparıcısı Svetlana Sorokina, teletənqidçi, “Exo Moskvı” radiostansiyasının şərhçisi və aparıcısı İrina Petrovskaya, teleaparıcı Kira Proşutinskaya, “Central Partnership” sırkətinin baş prodüseri, baş direktor müavini Timur Vaynşteyn və başqaları təmsil olunacaq.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, tanınmış kinorejissor Yuli Qusman və Rusiyanın tanınmış teatr və ictimai xadimi Anatoli İksanov festivalın fəxri qonaqları qismində tədbirə qatılacaqlar.


Teqlər:  





Xəbər lenti