Dövlət qurumları yoxlanılacaq

İclasda, həmçinin müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiya iclasında, eyni zamanda, dövlət büdcəsinin yerli xərclərindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və onun tabeliyində olan struktur vahidlərinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin formalaşması və istifadəsinə və dövlət əsaslı vəsait qoyuluşundan “Bakıelektrikşəbəkə” ASC-yə ayrılan vəsaitlərdən istifadəyə dair audit proqramları müzakirə edilərək təsdiq olunub.
AzVision.az
Teqlər: