Xətaidəki “ASAN Xidmət” bu gün işləməyəcək

Xətaidəki “ASAN Xidmət” bu gün işləməyəcək
  13 Sentyabr 2014    Oxunub:2287
Bakının Xətai rayonu, A.Nobel prospetində yerləşən 2 saylı “ASAN Xidmət” Mərkəzi bu gün işləməyəcək.
Bu barədə trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Hüseynov deyib.

Onun sözlərinə görə, Bakının Xətai rayonunda yerləşən 2 saylı “ASAN Xidmət” Mərkəzi AMAY ticarət mərkəzində baş verən yanğınla əlaqədar bu gün bağlı olacaq: “2 saylı “ASAN Xidmət” Mərkəzi AMAY ticarət mərkəzinin olduğu binada yerləşir. Yanğın nəticəsində “ASAN Xidmət”in əməkdaşları və ora gələn vətəndaşlar arasında xəsarət alan olmayıb, mərkəzə hər hansı zərər dəyməyib. Lakin təhlükəsizlik baxımından bu günlük işləri dayandırırıq. Hələlik araşdırılma aparılacaq. Yəqin ki, sabahdan fəaliyyətimizi bərpa edəcəyik. Vətəndaşlara tövsiyə edirik ki, hələlik Bakıda yerləşən digər “ASAN xidmət” mərkəzlərinə müraciət etsinlər”.

Qeyd edək ki, bu gün səhər paytaxtın Xətai rayonu, A.Nobel prospetində yerləşən AMAY ticarət mərkəzində yanğın baş verib. Yanğın zamanı bir nəfər xəsarət alıb. Onun tüstüdən zəhərləndiyi bildirilir.


Teqlər:





Xəbər lenti