Sabah 31 dərəcə isti olacaq

  13 Sentyabr 2014    Oxunub : 753
Sabah 31 dərəcə isti olacaq
Sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, sabah BakıAbşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 27-31 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət axşam və gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 23-24, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 24-25, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində də 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 14-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Küləkli hava şəraiti sentyabrın 14-ü axşamadək davam edəcək.

Teqlər: