Sərhəd-keçid məntəqəsindəki yanğın söndürülüb

***
Rusiyanın Azərbaycanın Xaçmaz rayonu ilə həmsərdəh olan Dağıstanın Məhərrəmkənd rayonunun Tahirkənd Qazmalar sərhəd-keçid məntəqəsi yanıb.
AzVision.az ANS PRESS-ə istinadən xəbər verir ki, həmin keçid-məntəqəsində bütün tezxniki avadanlığın yandığı bildirilir.
Rusiyanın FHN əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində iş gedir.
Həmin keçid məntəqəsinin yaxınlığında yerləşən Xaçmaz rayon Xanoba sərhəd-keçid məntəqəsinə heç bir ziyan dəyməyib.
Buna baxmayaraq bizim yanğınsöndürənlər hər ehtimala qarşı həmin əraziyə cəlb olunub.