Hərbçilərimiz xaricə gedir

Hərbçilərimiz xaricə gedir
  15 Sentyabr 2014    Oxunub:1473
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 15-dən 19-dək Bakı şəhərində "Silahlı Qüvvələr demokratiyada" mövzusunda seminar, Qarmiş-Partenkirxen şəhərində (Almaniya) "Maddi Texniki Təminat üzrə qarşılıqlı uyarlılıq" mövzusunda simpozium, 22-dək Zaqreb şəhərində (Xorvatiya) "Strike 2014" təlimində müşahidəçi qismində iştirak, 26-dək isə Souda şəhərində (Yunanıstan) "Hərbi dəniz əməliyyatları üzrə terminologiya" kursu və Qarmiş-Partenkirxen şəhərində (Almaniya) Dil testi seminarı keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.


Teqlər:



Xəbər lenti