Xanım jurnalist “Xəzər” TV-dən qovuldu

Xanım jurnalist “Xəzər” TV-dən qovuldu
  15 Sentyabr 2014    Oxunub:20535
“Xəzər” TV-nin jəməkdaşı, sosial mövzularda hazırladığı süjetlərlə tanınan jurnalist Zümrüd Dəmirova işdən çıxarılıb.
AzVision.az-ın əldə etdiyi məlumata görə, artıq jurnalistin işdən çıxarılması ilə bağlı əmr verilib.

Bildirilir ki, jurnalistin televiziyadan qovulmasına səbəb telekanalın rəhbəri Hüseyn Dinləməzlə aralarında olan gərginlikdir.

Müxbir Zümrüd Dəmirova H.Dinləməzdən telekanalın təsisçisi Asəf Hacıyevə şikayət edib. Bundan sonra isə aparıcını iş vaxtı otaqdan çıxarıblar və işdən çıxarılması ilə bağlı əmrini veriblər.

Qeyd edək ki, Z.Dəmirova uzun illərdir ki, “Xəzər” TV-də çalışıb. Ondan öncə isə İctimai Televiziyada və ATV-də işləyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti