İlham Əliyev: “Azərbaycanda savadsız insan yoxdur”

İlham Əliyev: “Azərbaycanda savadsız insan yoxdur”
  16 Sentyabr 2014    Oxunub:2202
“Azərbaycanda elmə, təhsilə göstərilən diqqət mütləq öz nəticəsini verəcək. Bizdə savadlılıq yüksək səviyyədədir, savadsız insan yoxdur”.

AzVision.az xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev Xəzər rayonunun Şağan qəsəbəsindəki Füzuli Gözəlov adına 124 nömrəli tam orta məktəb üçün yeni inşa edilən binanın açılışında bildirib.

Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını diqqətə çatdıran dövlət başçısı qeyd edib ki, gələn il Bakıda bir dənə də olsun təmirsiz məktəb qalmayacaq.

“Əlbəttə, Azərbaycanda elmə, təhsilə göstərilən diqqət mütləq öz nəticəsini verəcək. Bizdə savadlılıq yüksək səviyyədədir, savadsız insan yoxdur. Bu, böyük üstünlüyümüzdür. Ancaq bu gün yeni texnologiyalar tətbiq olunur. Uşaqlar da bunu bilməlidirlər. Elmin, təhsilin inkişafı ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Bizim güclü iqtisadiyyatımız, güclü siyasi iradəmiz və bu gün dövlətimizin inkişafında öz rolunu oynayan gözəl gənclərimiz var. Bizim gənclərimiz, dediyim kimi, vətənpərvər olmalıdırlar və milli ruhda tərbiyə almalıdırlar.

Dövlətin gördüyü işlər, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında, o cümlədən Bakı və onun qəsəbələrinin inkişafına dair Dövlət Proqramında bütün məktəblərin təmiri, tikintisi nəzərdə tutulur. Proqrama görə 2016-cı ilə qədər Bakıda məktəblərin təmiri başa çatmalıdır. Amma hesab edirəm ki, artıq gələn il Bakıda bir dənə də olsun təmirsiz məktəb qalmayacaq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti