QHT Şurası qrant müqaviləsi imzaladı

QHT Şurası qrant müqaviləsi imzaladı
  16 Sentyabr 2014    Oxunub:2138
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində Almaniyanın “Berlin Avropa İnistitutu”, Böyük Britaniyanın “Baxış” təşkilatı və Estoniyanın “Elektron Hökumət Akademiyası” ilə müqavilələrin imzalanma mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, Şura sədri Azay Quliyev rəhbərlik etdiyi təşkilat haqqında qonaqlara məlumat verərək vətəndaş cəmiyyətinin inkişafı istiqamətində ardıcıl həyata keçirilən dövlət siyasəti barədə danışıb.

A. Quliyev Şuranın xarici QHT-lər üçün qrant proqramı çərçivəsində icra edilən layihələrin Avropa ölkələrinin vətəndaşlarına Azərbaycanın müasir inkişafı haqqında dolğun məlumat çatdırmağa xidmət etdiyini deyib. İmzalanacaq hər üç qrant müqaviləsinin Azərbaycanda elektron hökumət və yaxşı idarəetmə və xüsusilə ASAN xidmətlə bağlı olduğunu deyən Şura sədri layihələrin icrasının uğurlu olacağına inamını ifadə edib. Şura sədri ASAN xidmət mərkəzlərinin yaradılmasının ölkəmizdə korrupsiya ilə mübarizədə mühüm uğur olduğunu bildirib.

“Berlin Avropa İnistitutu”nun sədri Metz Dontfild rəhbərlik etdiyi təşkilat haqqında ümumi məlumat verərək ASAN xidmətini unikal bir təcrübə olduğunu qeyd edib. Təşkilat sədri Azərbaycanın elektron hökumət sahəsində əldə etdiyi uğurlardan alman ictimaiyyətinin məlumatlı olmadığını bildirərək layihə çərçivəsində Almaniyanın bir neçə şəhərində ASAN xidmətinin fəaliyyəti ilə bağlı seminar və dəyirmi masaların təşkil ediləcəyini deyib. Metz Dontfild eyni zamanda ASAN xidmətlə bağlı ölkəmizdə tədqiqat işi də aparacaqlarını bildirib. Təşkilat sədri layihənin Almaniya ilə Azərbaycan arasında olan uzunmüddətli əməkdaşlığın inkişafına xidmət edəcəyini vurğulayıb.

Estoniyanın “Elektron Hökumət Akademiyası”sədri Orvo Ott hər iki ölkənin elektron hökumət qurulucuğu istiqamətində əldə etdiyi nailiyyətlərdən və bu sahədəki inkişafın oxşar xüsusiyyətləri barədə danışıb. Orvo Ott Estoniyanın Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələr arasında Azərbaycanla münasibətlərə xüsusi ilə önəm verdiyini deyib. Təşkilat sədri Estoniyada elektron hökumət quruculuğu istiqamətində indiyədək xeyli işin görülməsinə baxmayaraq ASAN Xidməti səviyyəsində bir inistitutun yaradıla bilmədiyini deyib.

Böyük Britaniyanın “Baxış” təşkilatının sədri Françesko Qrillo rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətlərindən danışaraq layihə çərçivəsində Azərbaycanda elektron hökumət quruculuğu sahəsində görülən işlərlə bağlı tədqiqat aparılacağını və onun nəticələrinin Avropa mətbuatında yayımlayacaqlarını deyib. O, layihənin icrası prosesi ilə bağlı İtaliya və Böyük Britaniyada, o cümlədən Oksford universitetində nüfuzlu media inistitutlarının iştirakı ilə konfrans keçirəcəklərini vurğulayıb.

Şura sədri Azay Quliyev layihələrin icrası başa çatdıqdan sonra mövzu haqqında hazırlanacaq hesabatların müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən BMT, ATƏT və Avropa İttifaqı kimi qurumlara göndərilməsinin ölkəmizin bu sahədə əldə etdiyi uğurların tanıtımı baxımından faydalı ola biləcəyini deyib. Azay Quliyev həyata keçirilən layihələrin və yayımlanacaq hesabatların eyni zamanda Azərbaycan haqqında birtərəfli və qərəzli məlumatların yayılmasının qarşısını almağa xidmət edəcəyini də vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti