Bakıda zavod partladı: ölən və yaralılar var

Bakıda zavod partladı: ölən və yaralılar var
  16 Sentyabr 2014    Oxunub:2522
“Baku Steel Company” MMC-nin oksigen sexində qaz balonu sınaqdan keçirilərkən partlayış baş verib.
AzVision.az bu barədə DİN-in saytına istinadən xəbər verir.

Belə ki, sentyabrın 15-də saat 18 radələrində Nərimanov rayonu Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” MMC-nin oksigen sexində qaz balonu sınaqdan keçirilərkən partlayış baş verib.

Nəticədə sex rəisi, Sumqayıt şəhər sakini Rasim Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, oranın işçilərı - Bakı şəhər sakinləri Sahil Bayramov və Zəfər Ağayev xəstəxanaya yerləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti