`Türkiyə nüvə dövləti olmalıdır`

`Türkiyə nüvə dövləti olmalıdır`
  16 Sentyabr 2014    Oxunub:1695
“Bu gün Türkiyə dünyada nüfuzlu dövlət olmaq istəyirsə, mütləq nüvə dövlətinə çevrilməlidir. 75 milyondan artıq bir dövlətin nüvə dövlətinə çevrilməsi, həm də təhlükəsizliyinin təminatıdır”.

Bu fikirləri mətbuata BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, Türkiyənin Qərbdən və qonşu ölkələrin təzyiqindən qurtulmağın yeganə yolu budur:

- Bu gün hansı dövlətin əlində nüvə arsenalı varsa, Qərb o dövlətlə “hörmətlə” danışır. Onun maraqlarına zərbə vurmağa ehtiyat edir. Artıq Ukrayna rəsmiləri də nüvə dövləti olmaq haqqında düşünür və bu istəklərini dilə gətirirlər. Fikirləşirlər ki, bu vasitə ilə Rusiyanın təzyiqini azalda bilərlər. İndiki vəziyyətdə Qərb Türkiyənin başına istədiyi oyunu aça bilər, ondan ikinci bir Liviya və ya Suriya düzəldə bilər. Hazırda Türkiyə öz gücündən böyük görünməyə çalışır və bunun da əslində ölkəyə çox böyük zərəri dəyir.

Niyaməddin Orduxanlı deyib ki, AKP hakimiyyəti ağıllı siyasət apara bilsə, müxalifətlə münasibətlərini yumşaltsa, yersiz təkəbbür aradan qalxsa, yaranmaqda olan şəxsiyyətə pərəstiş dayandırılsa, ağıllı siyasət nəticəsində Türkiyə günlərin birində nüvə dövləti ola bilər: “Təbii ki, Azərbaycan qardaş Türkiyənin nüvə dövləti olmasına istənilən dəstəyi verər”.


Teqlər:



Xəbər lenti