Sentyabrın 17-də respublikanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 13-dək Bakının Nərimanov, saat 17-dək Xaçmaz, Xətai və Suraxanı, saat 18-dək Zərdab, Lənkəran, Siyəzən, Qaradağ, Şəmkir, Xəzər, Qazax, Gədəbəy rayonlarının, işlər başa çatanadək isə Səbail rayonunun bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.