Nazirlikdən xəbərdarlıq: sel və daşqın olacaq

Nazirlikdən xəbərdarlıq: sel və daşqın olacaq
  17 Sentyabr 2014    Oxunub:2947
“Dünəndən etibarən şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib”.

Bunu AzVision.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Baş hidroloqunun sözlərinə görə, bu gün səhərədək bəzi yerlərdə şişmək çaxıb, əksər rayonlarda leysan xarakterli yağış yağıb.

“Düşən yağıntı nəticəsində Kiçik Qafqaz Dağlarının ərazisi ilə axan Kürəkçay, Zəyəmçay və Gəncəçayda suyun səviyyəsi 2.6 santimetr qalxıb. Qusar rayonun ərazisi ilə axan Qusarçay, Vəlvələçay və Qudyalçayda 1.3 santimetr artım qeydə alınıb. Eyni zamanda transsərhəd çaylar olan Kür çayında 5 santimetr, Qanıxçayında isə suyun səviyyəsi 68 santimetr artıb”.

A.Verdiyev qeyd edib ki, bu cür qeyri-sabit hava şəraiti bu gün və sabah davam edəcək:

“Yağıntının bəzi yerlərdə leysan xarakaterli olması ilə əlaqədar Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısa müddətli sel və daşqın keçəcəyi ehtimal olunur”-deyə baş hidroloq vurğulayıb.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti