Rövnəq Abdullayev işçiləri üçün bina tikdirir

Rövnəq Abdullayev işçiləri üçün bina tikdirir
  17 Sentyabr 2014    Oxunub:2471
“Yaxın vaxtlarda Bibiheybət ərazisində 600-dən çox ailənin mənzillə təmin olunması üçün bütöv bir yaşayış kompleksinin inşa edilməsinə hazırlaşırıq”.

AzVision.az xəbər verir ki, bunu YAP-ın saytına müsahibəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

O həmçinin vurğulayıb ki, bundan başqa mənzil uçotunda olanlara fərdi mənzil tikintisi üçün də şərait yaradılır:

“Neftçilərin əmək şəraitinin yaxşılaşdırılması, sağlamlığı, istirahəti, sosial-məişət məsələləri də daim diqqət mərkəzindədir. 2007-ci ildən indiyədək ev növbəsinə dayanmış 2000-dən artıq neftçi şirkətimizin inşa etdiyi yeni mənzillərlə təmin edilib. Növbədə olan əməkdaşların yaşayış sahəsi ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə “Neftçi” Mənzil Tikinti Kooperativi yaradılmış, qısa müddətdə 3 bina inşa edilərək istifadəyə verilib. Daha 3 binada isə tikinti işləri davam etdirilir. Yaxın vaxtlarda Bibiheybət ərazisində 600-dən çox ailənin mənzillə təmin olunması üçün bütöv bir yaşayış kompleksinin inşa edilməsinə hazırlaşırıq”, -deyə əlavə edib.
Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti