Ötən günün kriminalı: 4 ölü, 10 yaralı

Ötən günün kriminalı: 4 ölü, 10 yaralı
  17 Sentyabr 2014    Oxunub:1137
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Daxili işlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 10 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 28 nəfər tutulub.

AzVision.az


Teqlər:



Xəbər lenti