Kriminal xronika: 53 cinayət, 4 ölü

Kriminal xronika: 53 cinayət, 4 ölü
  18 Sentyabr 2014    Oxunub:1082
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 53 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 10 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 28 nəfər tutulub.

AzVision.az


Teqlər:



Xəbər lenti